Reklam verin!
HostGator

Elmi bloq

yeniliklər, prespektivlər, ümidlər, uğurlar

May 25, 2008 17:29

  Elan

"Elmi Azərbaycan" onlayn elektron dərgisi yaxın zamanda fəaliyyətə başlayacaq. Dərgi əsasən tələbələr, elmi işçilər üçün nəzərdə tutulub və aşağıdakı sahələri əhatə etməyi planlaşdırır:

- astronomiya - kosmologiya

- genetika - fizika

- riyaziyyat - biologiya

- kimya - informasiya texnologiyaları

Dərgidən adıçəkilən elm sahələri üzrə mütəxəssis olmayanlar da istifadə edə biləcək, belə ki, dərgidə elmi-kütləvi yazılar və elmi xəbərlər də yer alacaq.

Bizə yardımçı olmaq, məqalələrini vermək istəyənlərdən dərginin Yahoo qrupuna üzv olmaqları xahiş olunur.

Hörmətlə,

"EA"
May 6, 2008 22:02

  Barion asimmetriyası

Yüksək enerjilər fizikasının başlıca problemlərindən biri barion asimmetriyasının (zərrəciklərin antizərrəciklərdən çox olması) izahıdır. Elementar zərrəciklərin Standart Modeli bu asimmetriyanı qismən izah etsədə, həmin yaxınlaşma Kainatda maddənin üstünlük təşkil etməsini (antimaddəyə nəzərən) tam aydınlaşdırmağa imkan vermir.

Bu səbəbdən Standart Modeldə olmayan yeni bir effekt axtarılır (fizikçilərin nədən belə etdikləri haqqında artıq yazmışam). Belə effekti ola bilsin ki, Yaponiyada yerləşən KEK sürətləndiricisi aşkar etməyə müvəffəq olub (əslində olacaq).

Sürətləndiricidə elektron və pozitronların toqquşması nəticəsində B-mezonlar əmələ gəlir, onlar da öz növbəsində K-mezon və pionlara dağılır. Təcrübə 6 il aparılıb və 535 milyon B-mezonun dağılması öyrənilib. Neytral B-mezonların dağılması daha tez baş verib (onun antizərrəciyinə nəzərən), yüklü B-mezonlarda isə antizərrəciklər daha sürətlə dağılıb.

Standart Modelə görə isə hər iki proses eyni cür baş verməlidir, həm neytral, həm də yüklü B-mezonlar üçün. (bunu mən demirəm, doğrusu heç bilmirəm necə hesablanır, amma jurnalda bu qeyd var idi)

Hələlik yeni effektin Kainatdakı barion asimmetriyasını tam izah edib-etməməsi aydın deyil. Alınan nəticələrin LHC'də (Böyük Hadron Sürətləndiricisi, CERN) təsdiqlənəcəyini və müəyyən yeni nəticələrin alınacağı gözlənilir.

Yazı УФН və Nature jurnallarındakı müvafiq xəbərlər əsasında hazırlanıb.



Yazılar cəmi: 2   


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com