Noyabr 26, 2007 17:53
Buludsuz havalarda onu açıq gözlə müşahidə etmək mümkün olacaq
Mars bu gecədən etibarən Yer planetinə yaxınlaşmağa başlayacaq. Belə ki, dünya əhalisi gecələri Marsı görə biləcək. Astroloqların verdiyi məlumata görə, Marsın dünyaya yaxınlaşması təxminən üç həftə davam edəcək və dekabrın 18-də, Mars dünyaya 90 milyon km yaxınlaşaraq ən yaxın məsafəyə çatacaq. Marsı açıq havalarda ayın qərb tərəfində müşahidə etmək mümkün olacaq. Mütəxəssislərin fikrincə, mars bir daha 2016-cı ilin aprel ayına qədər yerə bu qədər yaxınlaşmayacaq./ANS PRESS/
Noyabr 26, 2007 17:32
İki astronavt kosmik stansiyada ən yeni otağın bort kabel sisteminin quraşdırılmasını yekunlaşdırmaq məqsədilə açıq kosmosa çıxıblar.
Komandan Peggy Whitson və mühəndis Daniel Tani platforma ilə Harmony modulunu əlaqələndirən rabitəni birləşdiriblər. Harmony orabital bəndə əlavə ediləcək yeni avropa laboratoriyası üçün birləşmə portu olacaq.
Kolumb laboratoriyası 6 dekabrda uçuşa başlamaq məqsədilə Florida uçuş meydançasında yerləşdirilən Atlantida şattlının yük bölməsində yerləşir.
Mənbə : BBC NEWS