Fevral 11, 2008 4:46
Məşhur Azərbaycan mənşəli alim, riyaziyyatçı, Kaliforniya Universitetinin (Berkli) professoru Lütfi Zadə (Lutfi Zadeh) Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
«O, Bakıya, Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun 50 illiyi münasibətliyə yubiley bayramına dəvət edilib» - məlumatda qeyd edilir. Yubiley tədbirlərinin dəqiq tarixi hələ dəqiq müəyyənləşdirilməyib.
Lütfi Zadə Azərbaycanın informasiya texnologiyalarının inkişafı sahəsində böyük perspektvilərə malik olduğunu hesab edir. O, Azərbaycanda tərkibinə sənaye sahələrinin ekspert nümayəndələrinin, təkcə Azərbacyanın deyil, məsələn, Türkiyə və Rusiyanın da ali təhsil müəssisələri və elmi-tədqiqat institutunun az sayda alimlərinin daxil olacağı elmi-texniki araşdırmalar və hazırlıq mərkəzinin yaradılmasını tövsiyə edib.
Ekspertin rəyinə görə, informasiya texnologiyaları istiqamətində təhsili möhkəmləndirmək, xarici ölkə elmi-tədiqat institut və universitetlərindən alim və professorları nanotexnologiyalar üzrə mühazirələr oxumağa dəvət etmək lazımdır.
Lütfi Zadə beş fundamental elmi nəzəriyyə təklif edib. Berklidə (ABŞ) İnformasiya texnologiyaları üzrə Zadə institutu – İTZİ yaradılıb. Zadənin Z-dəyişmə adlanan işi diskret və rəqəmli idarəetmənin, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsası olub. Zadənin fəza duruşları, dinamik sistemlərin idarəsi və müşahidəsi haqqında məşhur nəzəriyyələri müasir idarəetmə nəzəriyyəsinin əsasını təşkil edir. /Ekspress qəzeti/
Fevral 9, 2008 1:41
Teхniki nailiyyətlər heç də həmişə bəşəriyyətin inkişafına х idmət etmir
Elm və teхnika çoх böyük sürətlə inkişaf edir. Amma bu inkişaf heç də həmişə sabaha ünvanlanan nailiyyətlər hasil etmir. Bəzən hazırkı zamana böyük fayda gətirən nəsnələr gələcək üçün ağır çöküntülər saхlayır. Bu sırada bir çoх elmi kəşflərin, teхniki nəaliyyətlərin adını qeyd edə bilərik. Hansı istiqamətə çevrilsək, hər yanda onları görəcəyik.
Davamı...
Fevral 8, 2008 13:22
Azərbaycan mətbuatında hər zaman elmi yazılara az yer verilib. Heç elmi qəzet və jurnallarımız (böyük kütlə üçün) da yoxdur axı, "Elm və Həyat" az qala ildə bir dəfə işıq üzü görür, "Azərbaycan təbiəti"nin taleyindən ümumiyyətlə xəbərsizəm, Məmməd Arazdan sonra görünür jurnala yiyə duran olmayıb.
Hərdən bir "Ekspress" qəzetində, ANS press-də, APA informasiya agentliyinin səhifəsində elmə aidiyyatı olan yazılara rast gəlmək olur, amma... Həmin yazıların səviyyəsi çox aşağıdır və müəlliflərin elmdən çox-çox uzaq olduğu elə ilk andan nəzərə çarpır. Bu barədə ANSPress-in forumunda Elm və KİV mövzusunda da yazmışdım və orada bir-iki yazının təhlilini aparmışdım.
Bugün ANS-in saytında Venter İnstitutu DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib məqaləsinə rast gəldim. Məqalədə bəzi məqamları heç anlaya bilmədim deyə, istinad edilən mənbəyə girib oxumağı qərara aldım.
ANS-in yazdığı kimi "DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib" ifadəsinə nə istinad edilən mənbənin annotasiyasında (orada söhbət rekombinasiyadan gedir, özü də DNT-nin yox), nə də digər elmi xəbər saytında gördüm. Rast gələcəyimə ümid də etmirdim, çünki DNT-nin yerdəyişməsi nə deməkdir, çətin kimsə anlada bilsin.
Həmçinin yazılarda "yeni genetik kod yazılması"na da rast gəlmədim. Bunu necə etmək olardı, axı tədqiqatçılar bakteriyanın genomlarını götürüb süni DNT strukturu (molekulu) yaradıblar, daha yeni gen yox.
Görünür, genetika elminə aidiyyatı olmayan bir jurnalist sadəcə ingilis dilini bilməsi ilə kifayətlənib, ağına-bozuna baxmadan "zıplayəb" tərcüməni sayta, "onsuz oxuyan olmayacaq" fikri ilə. Bax bununla razılaşmaq olar, həqiqətən elmi xəbərlər Azərbaycan oxucusuna lazımdırmı...
Yanvar 30, 2008 19:52
Süni bakteriya üzərində işləyən alimlərin sözlərinə görə,bu günə qədər belə naliyyət əldə edilməyib.
ABŞ-da fəaliyyət göstərən Venter İnstitutu ilk süni orqanizmin yaradılmasında əhəmiyyətli irəlilyəiş əldə edərək DNT yerdəyişməsini müvəfəqiyyətlə həyata keçirib. ANS PRESS-in məlumatına görə, elmi nailiyyət barədə ilk məlumat “Science” jurnalının sonuncu buraxılışında verilib. Süni bakteriya üzərində işləyən alimlərin sözlərinə görə, söhbət sadə orqanizmdən getməsinə baxmayaraq, bu günə qədər belə nailiyyət əldə edilməyib.
Belə ki, alimlər ilk dəfə yeni genetik kod yazdıqlarını söyləyiblər. Elm adamları həmçinin bu nailiyyətin gələcəkdə bio-yanacaq əldə edilməsi, eləcə də qlobal istiləşməyə qarşı mübarizədə böyük əhəmiyyətə malik olacağını bildiriblər. Hüceyrə araşdırmalarında iştirak edən Den Qibsonun sözlərinə görə, hazırda əsas məqsədlərinin yeni yaradılan hüceyrəyə süni xromosom yerləşdirərək ilk süni orqanizmi yaratmaqdır.
Alimlər bu dəfə yaratdıqları “Maykoplazma Genitalium” bakteriyasından digər sintetik hüceyrə yaratmağa cəhd göstərəcəklər. Qeyd edək ki, insanının yaratdığı bakteriya olduqca sadə hesab edilir. Belə ki insanın DNT-sində təxminən 36 min gen olduğu halda, bu bakteriya 580 genə malikdir. /ANS TV/
Noyabr 27, 2007 4:31
Antidepressantlar insan ömrünü uzadır?
Ruh düşkünlüyünə qarşı dərman preparatları qurdların ömrünü uzadır və alimlər ümid edirlər ki, bu üsulu insanlara da şamil etmək olar.
"Nature" jurnalında təsvir olunan bu tədqiqat zamanı yumru qurdlara 88 min ən müxtəlif maddələrlə təsir edilib.
Məlum olub ki, onlardan biri – mianserin ömrü azı üçdə bir dəfə uzadır.
Görünür, bu dərmanın orqanizmə təsiri ömrü uzatmaq üçün ən effiktli üsul olan aclıq kimidir.
Ekspertlər hesab edirlər ki, müxtəlif genlərə təsir göstərməklə ömrü uzatmaq mümkündür.
Maraqlıdır ki, orqanizmə yaşamaq üçün lazım olan maddələr ona minimum dozalarda çatdıqda ömrün uzanması mexanizmi işə düşür.
Lakin müasir zəmanəmizdə bu çətin ki, işə yarasın. Alimlər də köməyə məhz bu məqamda gəlirlər.
Amerikadakı Fred Həçinson adına Xərçəng Mərkəzində bildirirlər ki, onlar ömrü uzatmağın daha sadə yolunu bilirlər.
Davamı...
Noyabr 26, 2007 17:53
Buludsuz havalarda onu açıq gözlə müşahidə etmək mümkün olacaq
Mars bu gecədən etibarən Yer planetinə yaxınlaşmağa başlayacaq. Belə ki, dünya əhalisi gecələri Marsı görə biləcək. Astroloqların verdiyi məlumata görə, Marsın dünyaya yaxınlaşması təxminən üç həftə davam edəcək və dekabrın 18-də, Mars dünyaya 90 milyon km yaxınlaşaraq ən yaxın məsafəyə çatacaq. Marsı açıq havalarda ayın qərb tərəfində müşahidə etmək mümkün olacaq. Mütəxəssislərin fikrincə, mars bir daha 2016-cı ilin aprel ayına qədər yerə bu qədər yaxınlaşmayacaq./ANS PRESS/